On altı yaşınadək şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə yeni cəzalar müəyyənləşib.
BUTA.TV xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı qanunla Cinayət Məcəlləsinin 152-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsinə dəyişiklik edilib.
Dəyişikliklə on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Məcəllənin bu günə qədərki variantı belə idi: "On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
Digər dəyişikliklə isə Məcəlləyə yeni bəndlər əlavə olunur. Yeni bəndə əsasən, Məcəllənin 152.2 və ya 152.3-cü maddələrində göstərilən əməllər təkrar törədildikdə, iki və ya daha çox şəxsə qarşı törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 6 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
- Prezidentlə Ağ Şəhərdə xoşbəxtlik selfisi...
- İlham Əliyev onları ayaqüstə alqışladı - Video
- Mehriban Əliyeva Ağdam səfərindən video paylaşdı
- Prezidentin vətəndaşla söhbəti: Mənim də ad günümdür - Video
- Yekun qərarı Bakı verəcək - Ərdoğanın müşaviri
- Prezident kanat yolundan danışdı
- İlham Əliyevin hesabında Ağdamdan görüntülər yayıldı - Video
- Bakıdan Pakistan-Hindistan atəşkəsinə reaksiya