Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov Tovuz rayon İcra Hakimiyyətinin təşəbbüsünə qoşulub.
BUTA.TV xəbər verir ki, əslən bu rayonundan olan general “Turan Tovuz”a dəstək xarakterli aksiyada iştirak edib.
O, 9 ildən sonra Premyer Liqaya qayıdan doğma Tovuzunun təmsilçisinə 20 min manat ianə eləyib.
Bu, R.Zeynalovun qərb klubuna ilk belə yardımı deyil. DYP-nin rəisi öncəki illərdə də dəfələrlə “Turan”a yardım göstərib.
Yerli İH kluba yeni maliyyə qaynaqları tapmaq üçün əslən bu rayondan olan iş adamlarına və dövlət rəsmilərinə rəsmi surətdə müraciət ünvanlayıb.
Konkret olaraq, 80 şəxsə bu niyyətlə məktub göndərilib. Məktubda “Turan”ın maddi cəhətdən ciddi problemlər yaşaması və gələcək fəaliyyətinin təhlükə altına düşməsi qeyd edilib.
Bildirilib ki, yardım aksiyasına qoşulmaq sərbəstdir, doğma rayonun klubuna dəstək vermək istəyənlər imkanları çatdığı qədər ianə edə bilər.
- İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - Video
- Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Bakıda
- Bakıda növbəti iqlim tədbiri keçiriləcək
- Livanın erməni katilokosu rus səfirlə Bakını müzakirə edir…
- 44+1 formulu: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
- Faciənin şahidi: Onlar əhalini görən kimi öldürürdülər
- İlham Əliyev Türkiyəni təbrik etdi
- Bakıdan PKK-nın ləğvi qərarına reaksiya