Azərbaycan qazının Türkiyə üzrərindən Balkan ölkələrinə nəql edilməsi ilə bağlı hazırlıq işləri aparılır.
BUTA.TV xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bu gün Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasınını yekunlarına dair keçirilən brifinqdə bildirib.
"Tranzit məsələri öz həllini tapıb. Bunun üçün əlavə yeni sazişlərin bağlanılmasına ehtiyac yoxdur", - P. Şahbazov deyib.
Onun sözlərinə görə, təbii ki, təbii qazı hasil edərkən, onun tədarükü ilə bağlı bütün müqavilələr və sazişlər öncədən bağlanılıb: "Son zamanlar Avropada yaranmış enerji böhranı zamanı, biz gördük ki, bu gün Azərbaycan qazına tələbat var. Artıq bununla bağlı Azərbaycana müraciətlər oldu".
Nazir bildirib ki, bu gün Azərbaycan təbii qazının satışı ilə bağlı danışıqlar məsələsi öz həllini tapıb.
O, həmçinin bildirib ki, Azərbaycanın kifayət qədər təbii qaz ehtiyatları var.
- Ümid edirik ki, qazla bağlı Bakı ilə razılaşacağıq - Kobaxidze
- Mais Bərxudarov görün kimlərlə görüşdü - Foto
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi