Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti, görkəmli bəstəkar Polad Bülbüloğlunun “Nəğməmə inan” tamaşasının premyerası olunub.
Mədəniyyət Nazirliyindən Kult.az-a bildirilib ki, dövlət rəsmilərinin, ölkənin tanınmış teatr xadimlərinin, incəsənət adamlarının qatıldığı premyera anşlaqla keçib.
Rus bölməsində hazırlanan maraqlı tamaşadan sonra teatrın simfonik orkestrinin müşayiəti ilə Polad Bülbüloğlunun ecazkar ifaları tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb. Həm premyera, həm də ad günü münasibətilə böyük bəstəkarı təbrik edən pərəstişkarları ona və yaradıcı heyətə gül-çiçək dəstələri təqdim ediblər.
Qeyd edək ki, tamaşanın libretto və mahnı mətnlərinin müəllifi Mixail Şerbaçenko da tamaşaçılar arasında olub.
Səhnə əsərinin quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.
- Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video
- Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi
- Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq
- Ermənistan sülhlə bağlı səmimi görünmür
- AB iki Azərbaycan vətəndaşına sanksiya tətbiq etdi
- Vətən müharibəsi zamanı Türkiyəni bunda ittiham edirdilər
- Vaxt bitdi: Gültəkin Hacıbəyli deport edilmir?
- Azərbaycanla sərhəddə döyüş hazırlığı - Papikyan elan etdi