Azərbaycanda malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları alınmayan halların siyahısı genişlənib.
BUTA.TV xəbər verir ki, Baş nazir Əli Əsədov “Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Qərara əsasən, bu siyahıya silah və texnikanın alınması daxil olmaqla, dövlət müdafiə sifarişləri, Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan qurumlar tərəfindən bağlanmış müqavilələr və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında hərbi təyinatlı malların idxalı və hərbi təyinatlı malların təmiri üçün müvəqqəti ixrac və təkrar idxal əməliyyatları halları daxil edilib.
Bu qərar 2023-cü ilin martın 6-dan qüvvəyə minir.
- Milli Məclis bu memorandumu ratifikasiya etdi
- Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN
- Prezident qurultay iştirakçılarına müraciət ünvanladı
- Gürcüstanın Zəngəzur dəhlizinə qarşı olmasının səbəbi...
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
- Ərdoğan Rüstəm Behrudinin şeirini oxudu - Video
- Mehdiyevdən sonra iki böyük vəzifəli şəxs həbs olunacaq
- Leyla Əliyeva Şamaxı sakinlərinin qonağı oldu - Video