Səhər saat 08:00-da xidməti təhvil aldıq. Monitorlardan ərazini izlədiyimiz vaxt "Saipa" markalı maşının yaxınlaşdığını gördük.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu İrandakı səfirliyimizə terror hücumu zamanı yaralanan Vasif Tağıyev deyib.
O bildirib ki, əli silahlı bir nəfər polisə işarə göstərərək binaya silahla atəş açaraq daxil olub və cinayət hadisəsini törədib:
“Polis ona heç bir reaksiya verməyib, yerində oturur. Məlumat üçün deyim ki, polis də orada tam silahlı olur”.
Vasif Tağıyev qeyd edib ki, səfirliyin binası həm də yaşayış binasıdır:
“Orada 6 ailə yaşayır. Terrorçunun fikri hamını öldürmək idi. Çünki o tam hazırlıqlı gəlmişdi. İki dolu daraq, “Kalaşnikov” avtomatı, tapança, ağır alət, benzin doldurulmuş şüşələr. İlk atəşi Orxan Əsgərova açandan sonra mən onu tərksilah etmək istəyəndə 2-ci atəş mənim çiynimdən dəydi. Mən onu çölə atmaq istəyirdim. Onu tutduğum anda orada İran polisi ilə aramızdakı məsafə heç 10 metr yox idi. Qışqırırdım ki, polis kömək etsin. Həm fars, həm Azərbaycan dilində”.
- Yaşar Gülər Bakıda Zəfər parkını ziyarət etdi
- Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar - Bir gün əvvəl...
- Sumqayıtda “Bayraqdar” PUA-ları istehsal ediləcək
- Bu təşkilatın Bakıdakı nümayəndəliyi bağlanır
- Gəncədə 18 yaşlı gənci döyüb öldürdülər
- Bakıda taksi sürücüsü 5 manatlıq yolu 435 manata apardı...
- Kipr və Qvatemalada 3 Azərbaycan vətəndaşı həbs edildi
- İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - Video