“Leopard” tankları işarə dəqiqliyinə görə hətta Rusiyanın T-90-larından da üstündür.
BUTA.TV xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
"Texnoloji cəhətdən Qərb tankları, məsələn, Almaniyanın bizə verdiyi “Leopard”ın 2А5 versiyası dəqiqliyi və istiqamətləndirmə sürətinə görə, şübhəsiz ki, Rusiyanın T-90 tankını da üstələyir, mən hələ T-72-dən danışmıram", - ekspert vurğulayıb.
“Leopard”ın müasir tank olduğunu deyən Jdanov yaxşı da təchiz olunduğunu bildirib:
“Leopard A5” daha müasirdir, hətta "Leopard A4" də onunla rəqabət aparmağa hazırdır. Bu tanklar texnoloji cəhətdən daha yaxşı təchiz edilib. Hər şey konfiqurasiya versiyasından asılıdır. Ümid edirəm ki, onlar bizə bu tankların ən pis konfiqurasiyasını verməyəcəklər. O zaman rus tankçıları döyüş meydanında böyük sürpriz gözləyir”.
- Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video
- Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi
- Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq
- Ermənistan sülhlə bağlı səmimi görünmür
- AB iki Azərbaycan vətəndaşına sanksiya tətbiq etdi
- Vətən müharibəsi zamanı Türkiyəni bunda ittiham edirdilər
- Vaxt bitdi: Gültəkin Hacıbəyli deport edilmir?
- Azərbaycanla sərhəddə döyüş hazırlığı - Papikyan elan etdi