İranda həbsdə olan Fransa vətəndaşı Benjamin Breyer həbs olunduqdan sonra ikinci dəfə aclıq aksiyasına başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə onun bacısı və vəkili mediaya açıqlama veriblər.
“Aclıq aksiyasına əl atmaq Benjaminin yeganə silahıdır”, - fransalı məhbusun bacısı deyib.
Benjamin Breyerin vəkili isə onun saxlanıldığı Məşhədin Vəkilabad həbsxanasında ədalətsizliyin hökm sürdüyünü və edam saylarının çox olduğunu deyib və müvəkkilinin psixi problemlərlə üzləşdiyini bildirib.
Qeyd edək ki, Benjamin Breyer 2020-ci ilin may ayında İranda saxta casusuq ittihamı ilə həbs edilib.
- Səslərin 90%-i hesablanıb, Paşinyanın partiyası liderdir
- İran İsrailə raket zərbələri endirdi
- Emin Ağalarov atasının ikinci evliliyindən danışdı - “Mediadan öyrəndim”+Video
- 5 ildə 2 dəfə meydanda ürəyi dayandı
- Bu ərazilərdə su olmayacaq
- Son zəng günü şagirdlərə maşın icarəyə verənlər... - Video
- FHN komandası beynəlxalq turnirdə yüksək nəticə göstərdi
- Ermənistanda seçici fəallığı ilə bağlı statistika - Açıqlandı