Fevralın 8-də ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensivləşib.
Bu barədə BUTA.TV-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, qar örtüyünün hündürlüyü Qaxda 45 sm, Ağdərədə (Ordubad) 32 sm, Şahdağda 14 sm, Xaltanda 12 sm, Göygöl, Gədəbəydə 10 sm, Qrız, Daşkəsən 8 sm, Altıağacda 7 sm, Oğuz 6 sm, Şəkidə 16 sm, Şahbuz 3 sm, Qəbələ, Zaqatala, Qobustanda 1 sm olub.
Düşən yağıntının miqdarı: Qaxda 24.0 mm, Zaqatalada 16.0 mm, Balakəndə 12.0 mm, Oğuzda 10.0 mm, Lənkəranda 11.0 mm, Astarada 9.0 mm, Gədəbəydə 8.0 mm, Ağdərədə 7.0 mm, Şəkidə 10 mm, Qəbələdə 5.0 mm, Şahbuzda 4.0 mm, Mingəçevir, Sədərək, Tərtər, İmişlidə 3.0 mm, Zərdab, Altıağac, Qobustan, Yardımlıda 2.0 mm, Beyləqan, Kürdəmir, Naftalan, Ağdam, Ordubad, Naxçıvan, Maştağada 1.0 mm-dək olub.
Binəqədidə yaşayış binasındakı yanğın söndürüldü - Yenilənib-Fotolar-Video
Külək: Şimal-qərb küləyi arabir Neftçala, Mingəçevirdə 20 m/s, Naftalan, Ceyrançöldə 18 m/s, Bakıda və Abşeron yarımadasında arabir 27 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.5 metrə çatıb.
Duman: Naxçıvan, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, Qrız, Qobustan, Quba, Qusar, Xaltan, Tərtər Lerikdə müşahidə olunub, dumanda görünüş məsafəsi 50-100 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3°-dək isti, Naxçıvan MR-da 5-dək° şaxta, dağlıq rayonlarda 11° şaxta, aran rayonlarında 4°-dək isti olub.
- Qəbul imtahanlarının düzgün cavabları açıqlandı
- İmişli sakini Araz çayında batdı
- Mənzildən ata və məktəbli oğlunun meyiti tapıldı - Foto
- Bakının iki rayonunda işıq olmayacaq
- Hamı onun ölümündən sarsılıb - Axtarışına bütün kənd qoşulmuşdu...
- Paşinyanın partiyası seçkilərdə qalib gəldi - Yenilənib
- İran İsrailə raket zərbələri endirdi
- Emin Ağalarov atasının ikinci evliliyindən danışdı - “Mediadan öyrəndim”+Video