Fevralın 8-də Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində bu ölkənin Zəkat, Vergi və Gömrük İdarəsinin təşkilatçılığı ilə “Zəkat, Vergi və Gömrük Konfransı” keçirilir.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən BUTA.TV-a verilən məlumata görə, Ümumdünya Gömrük Təşkilatı (ÜGT), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Dünya Bankı və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) kimi bir sıra mötəbər təşkilatların təmsil olunduğu, müxtəlif ölkələrin vergi və gömrük orqanları əməkdaşlarının qatıldığı konfransda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edir.
“İqtisadi dayanıqlılığı təşviq etmək və təhlükəsizliyi qorumaq üçün inteqrasiya edilmiş rəqəmsal ekosistem” mövzusuna həsr edilən, 5000 nümayəndənin iştirak etdiyi iki günlük konfransda rəqəmsal həllərdən istifadə etməklə kölgə iqtisadiyyatına qarşı mübarizə, investisiya üçün əlverişli logistika mühiti, təhlükəsiz və səmərəli nəqliyyat sistemi vasitəsilə inkişaf, təhlükəsizlik və ticarətin asanlaşdırılmasında gömrüyün rolu və digər məsələlər üzrə panel müzakirələr aparılacaq, beynəlxalq ekspertlər tərəfindən təqdimatlar nümayiş etdiriləcək.
- Azərbaycanda cərraha yüksək vəzifə verildi
- Bu şagirdlərdən nələr oğurlamısınızsa, geri qaytarın!
- Yaşar Gülər Bakıda Zəfər parkını ziyarət etdi
- Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar - Bir gün əvvəl...
- Sumqayıtda “Bayraqdar” PUA-ları istehsal ediləcək
- Bu təşkilatın Bakıdakı nümayəndəliyi bağlanır
- Gəncədə 18 yaşlı gənci döyüb öldürdülər
- Bakıda taksi sürücüsü 5 manatlıq yolu 435 manata apardı...