Paşinyanın nəzarətində olan “Hraparak” qəzeti Ruben Vardanyanın Ermənistan hakimiyyətinin göstərişi ilə Qarabağdan deportasiya edildiyini yazıb. Yəni İrəvan qeyri-rəsmi kanal vasitəsilə Azərbaycanın Vardanyanı deportasiya etmək tələbini yerinə yetirdiyini Bakıya bildirib.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı analitik Andrey Petrov deyib.
“Vardanyanın Azərbaycandan qaçmasının nə demək olduğunu başa düşmək üçün onun Qarabağ sərgüzəştlərinin necə inkişaf etdiyini xatırlayaq. Qərb ölkələrinin sanksiya siyahısına düşmək təhlükəsi yaranmışdı, əmlak və maliyyəsinə gələn təhlükədən xilas olmaq üçün Vardanyan Rusiya vətəndaşlığından imtina etdi. Ermənistan pasportu aldı. Laçın yolu ilə Azərbaycanın Qarabağ iqtisadi rayonunda rus sülhməramlıların müvəqqəti yerləşdirildiyi zonaya qanunsuz daxil oldu.
Məqsədi İrəvanın Qarabağda yaratdığı separatçı layihəni davam etdirmək idi. Yəni millətçi Robert Köçəryan və Serj Sərkisyanın “müharibə partiyası”nın 30 ildə edə bilmədiklərini reallaşdırmaq istəyirdi. Vardanyanın cəmi 1 milyard dolları var. Azərbaycanın Ermənistanın işğalçı qüvvələrini məğlub edib torpaqlarından qovduğu indiki vəziyyətdə pul sadəcə heç nəyi həll etmir. Milyarder heç vaxt real siyasətlə məşğul olmayıb. Nə Paşinyanın komandası, nə də onun Xankəndidəki marionetləri ilə ciddi əlaqə saxlayıb, üstəlik, Bakı ilə heç bir dialoqda iştirak etməyib. Çox da varlı olmayan bir adamın de-fakto təkbaşına müharibədən sonrakı hadisələrin gedişatını necə dəyişdirəcəyi tamamilə anlaşılmaz idi. O vaxta qədər ki, Vardanyanın həqiqətən niyə Azərbaycana getdiyi aydınlaşdı. Noyabr ayında Xankəndidən Ermənistana gedən Laçın yolunda filizlə dolu yük maşınları göründü. Məlum oldu ki, Vardanyanın rəhbərliyi və təşəbbüsü ilə İrəvanın müharibədən sonra kəsilən qanunsuz mədən hasilatı bərpa edilib. Yəni milyarder Qarabağa erməni millətçiliyinə pul xərcləmək üçün yox, Azərbaycan metallarını oğurlamaqla pul qazanmaq üçün gəlib”, - o bildirib.
Binəqədidə yaşayış binasındakı yanğın söndürüldü - Yenilənib-Fotolar-Video
Petrov qeyd edib ki, İrəvanın qeyri-rəsmi mənbəsi olan “Hraparak” Ermənistanın Qarabağdakı əsas marioneti Arutyunyanın da ötən həftə Moskvaya səfər etdiyini yazıb:
“Bu, yeri gəlmişkən, Ermənistanın Laçın yolunun “blokadaya” alınması ilə bağlı bəyanatlarını təkzib edir. Rus sülhməramlıların Azərbaycandan Ermənistana göndərdiyi humanitar karvanlardan biri gizli şəkildə Vardanyanı çıxarıb. İddia olunur ki, Vardanyan Qarabağdakı saxta mövqelərindən əl çəkəcək və daha Qarabağa qayıtmayacaq. Vardanyanın gedişi Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsində mühüm hadisədir. Ermənistan hakimiyyətinin öhdəliklərini yerinə yetirmək istəməməsi ucbatından Bakı ilə İrəvan arasında həmişə çox nazik xəttdə olan dialoqa dağıdıcı niyyətli kənar şəxslər müdaxilə etməməlidir. Məlumdur ki, Qarabağ erməniləri artıq kütləvi şəkildə Azərbaycan pasportlarını almağa hazırdırlar və Paşinyan Qarabağdakı separatçı layihənin bağlanması ilə razıdır. Vardanyanın deportasiyası regionu sabit, dinc gələcəyə aparan yoldakı maneədən xilas edəcək”.
- Sərhədimizi pozmaq istəyən Nigeriya vətəndaşı saxlanıldı - Foto
- Abşeronda 42 yaşlı qadın faciəvi şəkildə öldü
- Paşinyandan sülh sazişi barədə - Açıqlama
- Bakıda telefonların səbəb olduğu qəzalar - Anbaan Video
- Bakıda 13 yaşlı oğlan və atası dəm qazından öldü
- Qəbul imtahanlarının düzgün cavabları açıqlandı
- İmişli sakini Araz çayında batdı
- Mənzildən ata və məktəbli oğlunun meyiti tapıldı - Foto-Yenilənib