Bakı Nəqliyyat Agentliyi daha bir müntəzəm marşrut xəttini ona məxsus Bakı Bus MMC-yə verib.
BUTA.TV xəbər verir ki, bu barədə BNA məlumat yayıb.
Monella MMC-nin müvəqqəti istismarında olan 163 nömrəli müntəzəm marşrut xəttinin (“Koroğlu” NMM-Yeni Ramana yaşayış sahəsi) fəaliyyəti nəzarətə götürülüb.
Keçirilən monitorinq nəticəsində şirkətin fəaliyyətinin sərnişindaşıma qaydalarına zidd olması, qanunvericiliyin tələblərinin pozulması halları qeydə alınıb. İstehsalat bazası yararlı olmadığından avtobusların reysqabağı texniki yoxlanılması və sürücülərin tibbi müayinəsi həyata keçirilmir. Avtobuslar xəttə natəmiz buraxılır.
Marşrut xətti ilə bağlı vətəndaşlardan da çoxsaylı şikayətlər daxil olub. Daşıyıcıya dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq fəaliyyətində müsbətə doğru heç bir dəyişiklik qeydə alınmayıb. Odur ki, müntəzəm marşrut xətti üzrə sərnişindaşımalar sabahdan “Bakı Bus”a həvalə edilir.
Mövcud dəyişiklik Yeni Ramana yaşayış sahəsi, o cümlədən bu ərazidə şəhid ailələri və müharibə əlillərinin məskunlaşdığı yaşayış kompleksi sakinlərinin ictimai nəqliyyata əlçatanlığının daha da yaxşılaşmasına imkan verəcək.
- Bakıda əməliyyat: 4 nəfər saxlanıldı - Video
- Bu, uşağın günahı deyil, cəmiyyətin qoyduğu yükdür...
- Söyüdlü yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirildi
- Son anda ölümdən xilas olmağı bacardı - Anbaan video
- 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- Sosial şəbəkələrdə yaşın yoxlanılması necə olacaq?
- "Highland Residence"də dəniz mənzərəli studiya mənzillər satışda
- Hacıqabulda güclü yanğın başladı - Video