Bu gün Azərbaycan Güləş Federasiyasının ofisində iclas keçirilib.
BUTA.TV xəbər verir ki, Namiq Abdullayev Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü kimi iş yükünün artması, regionlarda güləşin inkişafı üçün layihələrin həyata keçirilməsi və ümumilikdə Azərbaycanda sərbəst güləşin tərəqqisi istiqamətində əlaqələndirici funksiyanın yerinə yetirilməsi ilə bağlı olaraq baş məşqçi vəzifəsindən ayrılıb.
Bu vəzifəyə yığma komandanın sabiq üzvü Xetaq Qazyumov təyin edilib.
Qadın güləşi üzrə milli komandanın da baş məşqçi vəzifəsində dəyişiklik edilib. 2021-ci ildən komandaya rəhbərlik edən Rövşən Umudov vəzifəsindən ayrılıb.
Bu gün Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Namiq Əliyev tərəfindən daha öncə sərbəst və qadın güləşi üzrə yığma komandalarımızı çalışdırmış Semyon Çterev baş məşqçi kimi kollektivə təqdim edilib.
- “Azərişıq” Beyləqanda sahibkarlarla görüş təşkil etdi
- Ramiz Mehdiyevin ev həbsi haqda - Yeni qərar
- Bakıda əməliyyat: 4 nəfər saxlanıldı - Video
- Bu, uşağın günahı deyil, cəmiyyətin qoyduğu yükdür...
- Söyüdlü yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirildi
- Son anda ölümdən xilas olmağı bacardı - Anbaan video
- 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- Sosial şəbəkələrdə yaşın yoxlanılması necə olacaq?