Novruz bayramına artıq sayılı günlər qalıb. Hər kəs bayramda süfrəsinin neymətlərlə bol olmasını istəyir. Bəs mağaza və bazarlarda qiymət necədir?
BUTA.TV xəbər verir ki, Novruz süfrəsinin əsas atributlarından olan səməninin qiyməti 1-8 manat, şamların qiyməti isə 0.35-1 manat arası dəyişir.
Bu günlərdə ən çox istehlak olunan məhsullardan qoz 4-12, qoz ləpəsi 12-20, fındıq 5-6, fındıq ləpəsi 11-13, yerfındığı 6-7, badam 4-5, badam ləpəsi 17-25, xurma qurusu 3-5, iydə 5-7, innab 4-10, kişmiş 8-15, püstə 23-25, şabalıd 8-10, albuxara 7-8, ərik qurusu 13-17 manata təklif olunur. Qiymətlər məhsulun regionundan və keyfiyyətindən asılı olaraq dəyişir.
Mağazalarda Novruz süfrələrinin bəzəyi olan plov düyüsünün kilosu 4, sümüklü ət 11, sümüksüz 13, toyuq isə 4 manatdan başlayır.
Xonçaya qoyulan şirniyyatlardan - şəkərburanın kilosu 15, ədədi 1 manat, paxlavanın kilosu isə 12 manatadır.
Broyler yumurtanın qiyməti isə 0.16-0.19 qəpik arasında dəyişir.
- Bu, uşağın günahı deyil, cəmiyyətin qoyduğu yükdür...
- Söyüdlü yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirildi
- Son anda ölümdən xilas olmağı bacardı - Anbaan video
- 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- Sosial şəbəkələrdə yaşın yoxlanılması necə olacaq?
- "Highland Residence"də dəniz mənzərəli studiya mənzillər satışda
- Hacıqabulda güclü yanğın başladı - Video
- Bakının bu rayonunda qaz olmayacaq