Rəqqasə Fatimə Fətəliyevanın köməkçisi Aytac Bayramzadəni yolu keçərkən avtomobil vurub.
Kult.az xəbər verir ki, rəqqasə Baku.vs-ə açıqlamasında hazırda Musa Nağıyev adına xəstəxanada müalicə alan Aytacın səhhətinin yaxşı olmadığını bildirib.
“Köməkçimin vəziyyəti yaxşı deyil. Onu tezliklə 1 saylı Şəhər Klinik Xəstəxanasına (Semaşko) göndərəcəyik. Avtomobil vurduqdan dərhal sonra onu bura gətiriblər. Biraz burada qalmalıdır. Onu tərpətmək olmaz. Çünki kəllə-beyin travması alıb. İndi ümidimiz həkimlərin rəyinədir. İnşallah ki, ödəm falan olmaz. Gözləyirik ki, nəticələri yaxşı çıxsın. Hazırda hissiyatı var, özündədir, amma danışmır. Yaxşı ki, qan daxildə qalmayıb. Daxildə qalsa idi daha da pis ola bilərdi”.
Məlumat üçün bildirək ki, bəbəxt hadisə Bakının Binəqədi rayonunda baş verib. Belə ki, Aytac Kratos restoranından çıxaraq əks tərəfə keçmək istəyəndə onu minik avtomobili vurub. Gənc xanım subaydır.
- Ümid edirik ki, qazla bağlı Bakı ilə razılaşacağıq - Kobaxidze
- Mais Bərxudarov görün kimlərlə görüşdü - Foto
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi