Əhalinin qaz limiti ilə bağlı narahatlığı var. Mart ayı olmasına baxmayaraq, vətəndaşlar qaz limitini artıq keçiblər.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı deputat Naqif Həmzəyev bildirib.
“Gələcəkdə bu məsələni diqqətdə saxlayaraq vahid tarifə keçilməsi daha yaxşı olardı. Bundan başqa, sosial evlərdə mərkəzləşdirilmiş istixana sistemi yoxdur”, - deyə Naqif Həmzəyev bildirib.
Deputat həmçinin sürücülərin sığorta xidmətinə görə məbləği almaqda çətinlik çəkdiklərini söyləyib:
“Sağlamlıqla bağlı arayışların ödənişli olması narahatlıq doğurur. Arayışlar hər kəs üçün əlçatan olmaıdır”.
- Azovda həlak olanların nəşi vətənə gətirildi
- Bu institut ləğv edilir
- Gəlinə 40 kilo qızıl taxıb dözümünü sınayırlar - “Eşq şəhəri”ndən reportaj
- Bakıdan Balakənə qatarla getmək istəyənlərin diqqətinə!
- Robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
- Əmək müqaviləsi işçiyə hansı hüquqlar verir?
- “Azərişıq” Beyləqanda sahibkarlarla görüş təşkil etdi
- Ramiz Mehdiyevin ev həbsi haqda - Yeni qərar