Bu gün ölkədəki məscidlərin maliyyələşdirilməsində və onların bir sıra kommunal xərclərinin ödənilməsində müəyyən çətinliklər var.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin martın 17-də keçirilən plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu kimi problemlərin həllinə çalışır, müəyyən addımlar atır:
“Ancaq sözügedən məsələnin sistemli həllinə ehtiyac var. Kimsə deyə bilər ki, din dövlətdən ayrıdır. Lakin nəzərə almaq lazımdır ki, din həm də təhlükəsizlik məsələsidir. Bu maliyyələşdirməni etməyəndə kənar qüvvələr bunu digər yolla həyata keçirməyə çalışır”.
C.Məmmədov bölgələrdəki məscidlərin sürətli şəkildə bərpasına da ehtiyac olduğunu vurğulayıb.
- Ümid edirik ki, qazla bağlı Bakı ilə razılaşacağıq - Kobaxidze
- Mais Bərxudarov görün kimlərlə görüşdü - Foto
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi