Martın 17-də Azərbaycan Dillər Universitetində (ADU) Novruz bayramına həsr olunan tədbir keçirilib.
BUTA.TV xəbər verir ki, xalqımızın hər il böyük coşqu və sevinclə qeyd etdiyi Novruz bayramının tarixi, ənənələri, atributları haqqında məlumat verilib.
ADU-nun rektoru, akademik Kamal Abdulla Novruz bayramı münasibətilə universitet kollektivini təbrik edib, onlara can sağlığı və işlərində uğurlar arzu edib:
“Əziz müəllimlər, əziz tələbələr, əziz ADU kollektivi! Hər birinizi bu gözəl bayram münasibətilə təbrik edir, sizlərə möhkəm can sağlığı, xoşbəxtlik arzu edirəm. Qoy ocağımız heç zaman sönməsin, elimizdə, obamızda hər zaman toy-bayram olsun. Allah şəhidlərimizə rəhmət eləsin, onların ruhu bu gün şaddır. Biz onların ruhu qarşısında baş əyir, xatirələrini daima əziz tuturuq”.
Tədbirdə müxtəlif kafedraların hazırladıqları bayram süfrəsi, həmçinin dövlət atributlarının əks olunduğu stendlər nümayiş olunub.
Tədbir konsert proqramı ilə davam edib.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər