Mart ayının 18-i saat 03:40-da Dövlət Sərhəd Xidməti (DSX) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonunun Mollaməhərrəmli kəndi yaxınlığında “Saipa” markalı, 99-PU-326 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi şübhə doğurduğu üçün saxlanılıb.
Bu barədə BUTA.TV-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı saxlanılan şəxslərin Bakı şəhər sakinləri - Nicat Hatəm oğlu Ələkbərov, Əlixan Əlzahid oğlu Qurbanov və Yəhya Tahir oğlu Şükürov olmaları müəyyən edilib. Avtomobilə baxış keçirilərkən ümumi çəkisi 10 kiloqram 500 qram narkotik vasitə (4 kiloqram marixuana, 4 kiloqram tiryək, 2 kiloqram metamfetamin və 500 qram heroin) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
- “Gelandevagen”i KİA-ya çırpan sürücü ilə bağlı qərar
- Azovda həlak olanların nəşi vətənə gətirildi
- Məhkəmə o “Mercedes”in sürücüsünü həbs etdi
- Bu institut ləğv edilir
- Gəlinə 40 kilo qızıl taxıb dözümünü sınayırlar - “Eşq şəhəri”ndən reportaj
- Bakıdan Balakənə qatarla getmək istəyənlərin diqqətinə!
- Robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
- Əmək müqaviləsi işçiyə hansı hüquqlar verir?