İsrail Prezidenti İshak Hersoq hökuməti məhkəmə islahatlarının qəbulunu dərhal dayandırmağa çağırıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.
“İsrail xalqının birliyi və məsuliyyət naminə sizi qanunvericilik prosesini dərhal dayandırmağa çağırıram”, - prezident bildirib.
Qeyd edək ki, martın 26-da gecə saatlarında Təl-Əvivdə İsrailin müdafiə naziri Yoav Qalantın istefasından sonra etirazlar aksiyaları başlayıb.
Y.Qalant ölkədə çoxsaylı etirazlara səbəb olan məhkəmə islahatlarının dayandırılmasını istəmişdi.
- “Ən qısa müddətdə bu ölkəni tərk edin”
- İrana qarşı hücumlar başa çatdı - Yenilənib
- Bəzi ərazilərdə qaz olmayacaq
- Araz Nəsirov TƏBİB-dən getdi
- Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı
- “Gelandevagen”i KİA-ya çırpan sürücü ilə bağlı qərar
- Azovda həlak olanların nəşi vətənə gətirildi
- Məhkəmə o “Mercedes”in sürücüsünü həbs etdi