Erməni əsilli Narek Poqosyan Rusiyada 58 yaşlı əməkdar həkim, mama-ginekoloq Aleksandr Olşevskinin evinə gələrək, həkimi “arvadını çılpaq görməkdə” ittiham edib.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
“Mənzilə soxulan Poqosyan Olşevskinin 12 yaşlı qızının qollarını bağlayıb və uşağın gözü qarşısında həkimi vəhşicəsinə bıçaqlayıb”, - məlumatda deyilir.
Qeyd olunur ki, Poqosyanın arvadının qanaxması başlayıb, lakin onun heç bir sənədi olmayıb. Buna baxmayaraq, Olşevski əməliyyat keçirərək onun həyatını xilas edib.
Həkim 13 il ginekoloji şöbəyə rəhbərlik edib. Onun peşə təcrübəsi 39 ildən çoxdur. Olşevski Rusiya səhiyyə nazirliyinin Fəxri diplomu ilə təltif edilib.
- Kəlbəcərdəki bu hadisələr hərbi cinayətdir - Araik
- Bu şəxslər Amnistiya ilə cəzadan azad ediləcək – Qərar
- Azərbaycanlı trollar Ərdoğanı, görün, necə şantaj edir
- Hacıbəyli “radikal müxalifət”ə necə rahat “transfer” edildi?
- Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı
- Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı