Bir müddətdir ki, mediada “Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədovun əlil arabasına möhtac qaldığı qeyd olunur. Yenisabah.az bildirib ki, T.Əhmədov kafedra müdiri olduğu Azərbaycan Memarlıq və İnşaat Universitetində səhhətindəki problemlərlə bağlı 6 aydır işə çıxmır.
BUTA.TV xəbər verir ki, Musavat.com-a açıqlama verən Tağı Əhmədov bildirib ki, 6 aydır ayaqları xəstədir, amma bədəni sağlamdır:
“Dünən bir verilişə baxıram, orda deyirlər ki, Tağı 6 aydır ölüm ayağındadır. Adamların mənəviyyatı yoxdur, niyə sifarişli yazılar yazırlar? Nə yazırlar yazsınlar. Salyan nəyidir bilmirəm, orada dedilər ki, ölüm ayağındayam. Amma hələ ölməmişəm. Onu öldürüb sonra öləcəm. 6 aydır xəstəyəm. Yazırlar ki, universitetə gedə bilmirəm. Universitetə necə gedə bilərəm? Yəqin ki, 6 aydan sonra məni pensiyaya çıxararlar, mən də orda öz ərizəmi yazaram. Amma hələlik mənə hər hansı sənəd verməyiblər. Heç kəsdən incimirəm. Universitet dövlət idarəsidir və dövlətin qanunları var. 6 ay xəstə ola bilərəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bilirlər. Yəqin ki, xəstəlikdən sonra məni xəstəliklə əlaqədar pensiyaya çıxarıb universitetdən azad edəcəklər. Qanun hamı üçün qanundur”.
- Bakıda "Qazel"lə motosiklet toqquşdu: ölən var
- Zakir Həsənov Pakistana başsağlığı verdi
- Bu ərazilərdə işıq olmayacaq
- Müəllimə hörmətsizliyə görə cərimə... - Ekspert
- Bir aydan çox daha erkən oyanacağıq... - DÇ başlayır
- Bu qurum niyə 350 min manata siçan-siçovul alır?
- Bu ölkə adını dəyişir
- “Ən qısa müddətdə bu ölkəni tərk edin”