Bu il Türkiyənin ən böyük film festivalı olan 42-ci Uluslararası İstanbul Film Festivalının Gənc Ustalar kategoriyasındakı filmləri dəyərləndirəcək münsiflər heyətinə azərbaycanlı tələbə Malik Bədəlov da üzv seçilib.
Kult.az xəbər verir ki, Malik Bədəlov hazırda İstanbul Universiteti İletişim fakültəsində radio, televiziya və sinema ixtisası üzrə 2-ci kursda təhsil alır.
Malik Bədəlov daha öncə də Yozqatda keçirilən Beynəlxalq Film Festivalının Gənc jüri heyətində yer almışdı.
Qeyd edək ki, 1982-ci ildən etibarən İstanbul Kültür Sənət Vəqfinin təşkilatçılığı ilə keçirilən ənənəvi Uluslararası İstanbul Film Festivalı bu il 1-18 aprel tarixlərində baş tutacaq. Festival 1989-cu ildə Beynəlxalq Kinoprodüserlər Assosiasiyası Federasiyası tərəfindən akkreditə olunub. Kinofestivalın əsas ödülü “Altun Lalə”dir.
- Kəlbəcərdəki bu hadisələr hərbi cinayətdir - Araik
- Bu şəxslər Amnistiya ilə cəzadan azad ediləcək – Qərar
- Azərbaycanlı trollar Ərdoğanı, görün, necə şantaj edir
- Hacıbəyli “radikal müxalifət”ə necə rahat “transfer” edildi?
- Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı
- Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı