Tiflisdə Norveçin Mühafizəkarlar Partiyasının Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini demokratiya və insan haqları uğrunda mübarizə sahəsində təltif etməsinə etiraz olaraq aksiya keçirilir.
BUTA.TV xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.
Norveçin Tiflisdəki səfirliyinin yaxınlığında keçirilən aksiyanın təşkilatçısı Gürcüstanın Nəzarət Palatasının keçmiş rəhbəri, Saakaşvilinin prezidentliyi dövründə həbs edilmiş Sulxan Molaşvilinin qardaşı Tornike Molaşvilidir.
Etirazçılar Norveçin Gürcüstandakı səfiri ilə görüş və rəsmi Oslonun Saakaşviliyə mükafat verən partiya ilə razı olub-olmaması haqqında mövqeyini tələb edirlər.
- Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər
- Bakıda "Qazel"lə motosiklet toqquşdu: ölən var
- Zakir Həsənov Pakistana başsağlığı verdi
- Bu ərazilərdə işıq olmayacaq
- Müəllimə hörmətsizliyə görə cərimə... - Ekspert
- Bir aydan çox daha erkən oyanacağıq... - DÇ başlayır
- Bu qurum niyə 350 min manata siçan-siçovul alır?
- Bu ölkə adını dəyişir