Moskvada məktəbli qız tanışı ilə əlbir olub anasının qətlini sifariş edib.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, hadisə vilayətin Balaşixa şəhərində qeydə alınıb.
Belə ki, 14 yaşlı qızın 15 yaşlı oğlan dostu onlara gələrək birlikdə yaşamaq istədiklərini bildiriblər. Ana isə bu fikri qəbul etməyərək, oğlanı göndərməyə çalışıb və bu zaman ana-qız arasında mübahisə yaşanıb.
Buna hiddətlənən qız dostundan anasını öldürə biləcək şəxsləri tapmasını istəyib. Dostu ona təklif edib ki, iki tanışı (16-17 yaşlı) 350 min rubla onun anasını öldürə bilər.
Onlar razılaşdıqdan sonra, martın 24-də qız dostu ilə birlikdə cinayəti törədənləri mənzilə buraxıb. Onlar qurbana hücum edərək onu boğublar. Girişdəki müşahidə kamerası yeniyetmələrin gecə vaxtı meyiti küçəyə çıxararaq zibil qutusuna necə atdığını lentə alıb. Mələfəyə bükülmüş meyit səhər saatlarında bir xadimə tərəfindən tapılıb.
Faktla bağlı cinayət işi başladılıb.
- FHN 216 şəxsi heyətlə təlim keçirdi - Video
- "Arzum" ləqəbli tiktokerin heç bir vəsatəti təmin edilmədi
- İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
- Bakıda bu dayanacaqlar söküləcək - 420 min manat ayrıldı
- Bakıda evdən 70 minlik qızıl oğurlandı - Foto
- Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur
- “Tofiq Bəhramov”un yaxınlığında obyekt yağır
- Restorandakı yanğın söndürüldü - Video - Fotolar - Yenilənib