Azərbaycanın Gürcüstan və Türkiyə ilə quru sərhədlərinin tezliklə açılacağı iddia edilir.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, mayın 1-dən etibarən bu iki ölkə ilə quru sərhədlərin açılması gözlənilir.
Ekspertlər hesab edirlər ki, bu addım yay mövsümünün gəlməsi ilə əlaqədar atılır. Belə ki, yüksək qiymətə satılan aviabiletlər hər kəsə əlçatan olmadığı üçün belə bir qərarın verilməsi gözlənilir.
Məlumatın hələ rəsmən təsdiqlənmədiyi qeyd edilisə də, artıq bu barədə müvafiq işlərə başlanıldığı deyilir.
Xatırladaq ki, bir qədər əvvəl Gürcüstan mediasının ölkə rəhbərliyindəki mənbəsinə istinadən verdiyi xəbərdə Azərbaycanla sərhədlərin mayın 1-dən açılacağı yazılmışdı.
- Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı
- Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
- Sabah yağış yağacaq
- Azərbaycan və İran Araz çayı ilə bağlı razılaşdı
- Pensiya alanların nəzərinə!
- Ələtdəki hava limanı nə vaxt istifadəyə veriləcək?
- SOCAR yalnız neft-qaz satmır, həm də... - Nazir müavini
- "İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu