Ölkənin bir sıra rayonlarında qərb küləyinin güclənməsi müşahidə olunur.
BUTA.TV xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova faktiki hava şəraiti barədə danışarkən deyib.
O bildirib ki, küləyin maksimal sürəti bəzi bölgələrdə 25-32 m/s-ə çatıb:
"Saat 10.00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15 m/s-dir. Yaxın saatlarda isə küləyin maksimal sürətinin 18-23, arabir 25-30 m/s-ə çatacağı gözlənilir. Güclü küləkli hava şəraitinin daha iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır. Küləyin maksimal sürəti 32-35, bəzi ərazilərdə arabir 38 m/s-ə çatacağı ehtimalı var. Aprelin 1-i gündüz saatlarından küləyin sürəti tədricən mülayimləşəcək".
- Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı
- Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
- Sabah yağış yağacaq
- Azərbaycan və İran Araz çayı ilə bağlı razılaşdı
- Pensiya alanların nəzərinə!
- Ələtdəki hava limanı nə vaxt istifadəyə veriləcək?
- SOCAR yalnız neft-qaz satmır, həm də... - Nazir müavini
- "İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu