Xəbər veridiyimiz kimi, Azərbaycan Ordusu yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələri ötən gün nəzarətə götürüb.
BUTA.TV xəbər verir ki, Teleqram kanallarında Azərbaycanın nəzarətinə keçən ərazilərin görüntüləri yayılıb.
Görüntülərdə Laçından Şuşaya gedən istiqamətdə olan bütün yüksəkliklərin – Laçındağ (1884), Sarıbaba (2295), Quruxyalı (2036) və Qızıldaş (1951) Azərbaycanın nəzarətinə keçdiyi qeyd olunub.
Erməni separatçılarının silah-sursat daşımaq üçün istifadə etdikləri Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunun üzərində yerləşən 2054 adsız yüksəkliyi martın 25-də Ordumuz nəzarətə götürüb.
3 adsız yüksəklik isə (2250, 2148.0, 1845.6) hələ də erməni separatçıların nəzarətində qalıb. Lakin videoda həmin yüksəkliklərin dörd bir tərəfdən Azərbaycanın nəzarət etdiyi ərazilərlə əhatə olunduğu aydın görünür.
- Məhərrəm ayı başlayır
- Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı
- Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
- Sabah yağış yağacaq
- Azərbaycan və İran Araz çayı ilə bağlı razılaşdı
- Pensiya alanların nəzərinə!
- Ələtdəki hava limanı nə vaxt istifadəyə veriləcək?
- SOCAR yalnız neft-qaz satmır, həm də... - Nazir müavini