Amerikanın “Voll Strit Jurnal” qəzetinin jurnalisti Evan Qerşkoviç Yekaterinburqda casusluqda şübhəli bilinərək saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
“Casusluqda şübhəli bilinən ABŞ vətəndaşı, Rusiya Xarici İşlər Nazirliyində akkreditə olunmuş “Voll Strit Jurnal” qəzetinin Moskva bürosunun müxbiri, 1991-ci il təvəllüdlü Evan Qerşkoviçin qanunsuz fəaliyyətini dayandırıb”, - məlumatda bildirib.
Qeyd olunur ki, jurnalist Amerika tərəfinin göstərişi əsasında dövlət sirri olan Rusiya hərbi sənaye kompleksinin müəssisələrindən birinin fəaliyyəti haqqında məlumat toplayıb.
Artıq Rusiya FTX-nin İstintaq İdarəsi ABŞ vətəndaşına qarşı cinayət işi açıb. Rusiyanın Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) ilə jurnalisti 20 ilə qədər həbs gözləyir.
- Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı
- Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
- Sabah yağış yağacaq
- Azərbaycan və İran Araz çayı ilə bağlı razılaşdı
- Pensiya alanların nəzərinə!
- Ələtdəki hava limanı nə vaxt istifadəyə veriləcək?
- SOCAR yalnız neft-qaz satmır, həm də... - Nazir müavini
- "İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu