Azərbaycanın İsraillə yanaşı Fələstinlə də əlaqələrə əhəmiyyət verməsi doğru strategiyadır.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu XİN başçısı Ceyhun Bayramovun İsrail və Fələstinə eyni vaxtda səfərə getməsi barədə qeyd edib.
O bildirib ki, Azərbaycan İsraildə səfirlik açmaqla yanaşı Fələstində nümayəndəliyin fəaliyyətə başlayacağına qərar verib:
“Başqa dövlət rəsmiləri də İsraillə bərabər, Fələstinə də səfər edirlər. Bu, İsraillə Fələstin arasında balansı qorumağa imkan verir. Azərbaycanın İsraildə səfirlik açması Fələstini narahat etmədiyi kimi, Azərbaycanın Fələstində nümayəndliyinin fəaliyyətə başlaması da İsraili narahat etmir. Fələstinin xarici işlər naziri Riyad əl-Maliki azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında Fələstin xalqının azadlıq istəyinə verdiyi dəstəyə, beynəlxalq platformalarda Fələstini dəstəklədiyinə görə, Azərbaycana təşəkkürüni bildirib. Azərbaycan hər il 25 fələstinli tələbə üçün təqaüd ayırır, paralel olaraq Nablus regionunda məktəb tikəcək. Bunlar varkən heç bir dövlət bizi İsraillə strateji əməkdaşlıq fonunda Fələstini guya unutmağımızda ittiham edə bilməz”.
- Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı
- Azərbaycana qarşı bu qətnamənin heç bir əsası yoxdur
- Paşinyandan paylaşım: Azərbaycan qatarı Ermənistanda - Video
- Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı... - Nazirlik
- Anar Əsədlinin ev dustaqlığına buraxılması istənildi - Qərar
- Jirinovskinin inanılmaz proqnozları: ABŞ-Rusiya belə razılaşır
- Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı - Qərar
- Putinin mətbuat konfransında xəritə mesajı - Foto