Heydər Əliyevin anadan olmasının 100 illiyi həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda geniş şəkildə qeyd olunur.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov Moskvada keçirilən “Heydər Əliyev: SSRİ və Rusiyanın inkişafında onun rolu” adlı dəyirmi masada çıxışı zamanı deyib.
Politoloq Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanın yaradıcısı olduğunu, bundan əlavə, SSRİ-nin və Rusiyanın inkişafına böyük töhfələr verdiyini xatırladıb:
“Onun rəhbərliyi ilə Sovet Azərbaycanı inkişafda böyük mərhələ adlayıb. O, müstəqil Azərbaycana qayıdandan və ölkəyə rəhbərlik edəndən sonra Ermənistanla müharibəni dayandıra və ölkənin dinc inkişafını təmin edə bilib, məşhur “Əsrin müqaviləsi”ni imzalayıb, dünyəvi institutlarla ənənəvi dəyərlərə hörməti birləşdirən model yaradıb. Bu mənada, Azərbaycan islam dünyasının lideridir”.
S.Markovun fikrincə, Heydər Əliyev Azərbaycanın xarici siyasətində Rusiya, Türkiyə və Qərblə uğurlu balans qura bilib.
- Tramp Əraqçinin postunu paylaşdı - Foto
- Qəbələdəki güclü zəlzələ kameralara bu cür düşdü - Anbaan video
- İranda azərbaycanlı mollaların müəmmalı ölümləri...
- Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
- Yumurta boyda dolu yağdı - Video
- 33 il sonra Kəlbəcərin ilk məzunu - Foto
- Zeynəb Xanlarova həyat yoldaşından danışdı - Video
- Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olundu