Həkəri körpüsündə Azərbaycanın qurduğu postun götürülməsi Rusiya sülhməramlılarının fəaliyyət dairəsinə aid deyil. Bu artıq geopolitik məsələdir.
BUTA.TV xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında Qarabağdakı separatçıların başçısı Arutyunyanın “müşaviri” David Babayan deyib.
O bildirib ki, danışıqları çox yaxşı, dəqiq və qəti aparmaq lazımdır. Eyni zamanda, Rusiyadan ciddi heç nə gözləmədiyini dolayısı ilə etiraf edən Babayan prosesə İrəvan (?), Vaşinqton və Parisin qoşulmasının vacibliyindən bəhs edib. Ancaq bir-birini qəbul etməyən bu tərəflərin hansı masada oturacağına aydınlıq gətirməyib.
Rus sülhməramlıların yeni komandanı Aleksandr Lentsovun yerdəki vəziyyəti dəyişə biləcəyi haqda gözləntilərə gəlincə, Babayan bildirib ki, komandirin birinin gedib, digərinin gəlməsi heç bir əhəmiyyət kəsb etmir:
“İstəmirəm bizi sadəlövh hesab etsinlər. Lentsova bütün hörmətimə rəğmən deməliyəm ki, bu, geopolitik məsələdir, komandirlərin dəyişməsi heç nəyi həll etmir, hər şey “yuxarılarda” həll edilir”.
- Bakcell Media Savadlılığı Konfransının innovasiya tərəfdaşıdır
- FHN “açıq qapı günü” tədbiri keçirdi - Video
- Naxçıvan üzərindən planlaşdırdığımız enerji dəhlizini...
- Cövdət Yılmaz Azərbaycana təşəkkür etdi
- Putinin möhtəşəm siyasəti: Moskva bu cür zəbt olunur - Video
- Bakıda mühüm iclas başladı
- Putin Azərbaycanı təbrik etdi
- Prezidentin Piterdən imtinası - Kreml gözləyirdi...