Kremlin uzunmüddətli planları, mövcud məlumata görə, dəyişməz olaraq qalır - Ukrayna rəhbərliyini güc yolu ilə danışıqlara razı salmaq.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Qeyd olunub ki, Rusiya bunun üçün tezliklə Donetsk vilayətinin mühüm mərkəzlərindən Müdafiə Qüvvələrini sıxışdırıb çıxarmaq üçün öz səylərini hücum əməliyyatları keçirməyə yönəldəcəklər. Beləliklə, düşmənin əsas məqsədi Baxmut olaraq qalır, yəni bu şəhərə tam nəzarət etməkdir və düşmən bölgənin digər şəhərlərini - Avdeyevka və Maryinkanı da tutmağa çalışacaq:
"Eyni zamanda, düşmənin yaxın vaxtlarda Belarus istiqamətindən hücum hərəkətləri həyata keçirməsi çox çətin görünür. Bununla belə, təcavüzkar Ukraynanın mülki və hərbi infrastrukturunu kütləvi raket zərbələri ilə təhdid etməkdə davam edəcək. Beləliklə, Rusiya genişmiqyaslı silahlı təcavüzü davam etdirir və ən son məlumatlara əsaslanaraq, Ukraynanı müstəqil dövlət kimi məhv etmək planlarından əl çəkmir”.
- Bakcell Media Savadlılığı Konfransının innovasiya tərəfdaşıdır
- FHN “açıq qapı günü” tədbiri keçirdi - Video
- Naxçıvan üzərindən planlaşdırdığımız enerji dəhlizini...
- Cövdət Yılmaz Azərbaycana təşəkkür etdi
- Putinin möhtəşəm siyasəti: Moskva bu cür zəbt olunur - Video
- Bakıda mühüm iclas başladı
- Putin Azərbaycanı təbrik etdi
- Prezidentin Piterdən imtinası - Kreml gözləyirdi...