Bakıda şadlıq evində dava düşüb, 17 yaşlı oğlan bıçaqlanıb.
BUTA.TV xəbər verir ki, ötən gün Binəqədi rayonu Binəqədi şossesində yerləşən "Vhite Palace" restoranında bıçaqlanma baş verib.
Spirtli içkinin təsiri nəticəsində aralarında yaranmış mübahisə zəminində 2006-cı il təvəllüdlü Polad Vüqar oğlu Salmanov 2005-ci il təvəllüdlü Xəyal Səbuhi oğlu Hüseynova sol döş qəfəsinə daxilə nüfuz edən və sol qoluna daxilə nüfuz etməyən bıçaq xəsarəti yetirərək restorandan qaçıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Polad Vüqar oğlu Salmanov saxlanılaraq Binəqədi RPİ-nin 4-cü PŞ-yə təhvil verilib.
Hazırda Binəqədi RPİ-də araşdırma aparılır.
- Ronaldonu görəndə göz yaşlarını saxlaya bilmədi - Video
- Tramp Əraqçinin postunu paylaşdı - Foto
- Qəbələdəki güclü zəlzələ kameralara bu cür düşdü - Anbaan video
- İranda azərbaycanlı mollaların müəmmalı ölümləri...
- Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
- Yumurta boyda dolu yağdı - Video
- 33 il sonra Kəlbəcərin ilk məzunu - Foto
- Zeynəb Xanlarova həyat yoldaşından danışdı - Video