“Rabitəbank” cari ilin ilk hesabatına görə bankda əmanət yerləşdirən hüquqi şəxslərin depozitlərini itirməkdə davam edir.
Kommersant.az bankın hesabatına istinadən xəbər verir ki, hüquqi şəxslərin bankdakı əmanətləri sürətlə geri çəkirlər.
Ötən ilin son rübündə də biznesmenlərin bankda yerləşdirdiyi depozitlərin həcmi 179 milyon 874 min manat və ya 23.3 faiz azalmışdı. Cari ilin ilk rübündə də biznesmenlərin bankdakı əmanətlərinin 65 milyon 904 min manatını və ya 22.7 faizini geri çəkib. Buna görə də hüquqi şəxslərin bankdakı depozitləri 224 milyon 68 min manata bərabər olub. Fiziki şəxslər isə bankdakı əmanətlərinin həcmini 8 milyon 357 min manat və ya 2.6 faiz artıraraq 325 milyon 389 min manata yüksəldib. Bununla da bankın öhdəliklər cəmi ötən ilin son rübü ilə müqayisədə 26 milyon 117 min manat və ya 3 faiz azalaraq 817 milyon 277 min manata düşüb.
- Ceyhun Rəhmanova MOK-da yeni vəzifə verildi
- İstanbulla İrəvan arasında müntəzəm uçuşlara başlanılır
- Bakcell Media Savadlılığı Konfransının innovasiya tərəfdaşıdır
- FHN “açıq qapı günü” tədbiri keçirdi - Video
- Naxçıvan üzərindən planlaşdırdığımız enerji dəhlizini...
- Cövdət Yılmaz Azərbaycana təşəkkür etdi
- Putinin möhtəşəm siyasəti: Moskva bu cür zəbt olunur - Video
- Bakıda mühüm iclas başladı