Azərbaycanın müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirov və müdafiə nazirinin müavini Aqil Qurbanov Türkiyəyə gediblər.
Bu barədə BUTA.TV-a Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumat verilib.
Bildirilib ki, R.Tahirov, A.Qurbanov, Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədəki Hərbi attaşesi polkovnik Müşfiq Məmmədov və Azərbaycanın Türkiyədəki Səfirliyinin əməkdaşları “Texnofest-2023” çərçivəsində İstanbul şəhərində səfərdə olduqları zaman “Özdemir Bayraktar Milli Texnologiya Mərkəzi”ni ziyarət edib.
Ziyarət zamanı “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar tərəfindən qəbul edilən nümayəndə heyətimiz Türkiyənin müdafiə sənayesinin son illərdə çox böyük nailiyyətlər əldə etdiyini bildirərək bu xüsusda “Baykar” şirkətinin fəaliyyətinin aparıcı rol oynadığını vurğulanıb.
Görüş zamanı “Baykar” şirkətinin istehsal etdiyi məhsulların Vətən müharibəsi dövründə erməni işğalçılarının hərbi texnikasının məhv edilməsində oynadığı rolu bir daha qeyd olunub.
Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün digər sahələrdə olduğu kimi hərbi və müdafiə sənayesi sahələrində də uğurla inkişaf etdiyi vurğulanaraq, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
- İstanbulla İrəvan arasında müntəzəm uçuşlara başlanılır
- Bakcell Media Savadlılığı Konfransının innovasiya tərəfdaşıdır
- FHN “açıq qapı günü” tədbiri keçirdi - Video
- Naxçıvan üzərindən planlaşdırdığımız enerji dəhlizini...
- Cövdət Yılmaz Azərbaycana təşəkkür etdi
- Putinin möhtəşəm siyasəti: Moskva bu cür zəbt olunur - Video
- Bakıda mühüm iclas başladı
- Putin Azərbaycanı təbrik etdi