Azərbaycan-Fransa əlaqələrinin perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılması zəruridir.
BUTA.TV xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonnanı qəbul edərkən bildirib.
K.Kolonnanın ölkəmizə səfəri zamanı bir çox məsələlər ətrafında hərtərəfli müzakirələrin keçiriləcəyinə əminliyini ifadə edən dövlət başçısı bunun gələcək əməkdaşlıq üçün faydalı ola biləcəyini vurğulayib. Azərbaycan Prezidenti əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsinin növbəti mərhələ üçün yol xəritəsinin tərtib edilməsi baxımından önəmini diqqətə çatdırıb.
Prezident İlham Əliyev deyib ki, Azərbaycan-Fransa münasibətlərinin gündəliyi həmişə çox geniş olub, siyasi, iqtisadi, enerji, nəqliyyat sahələrində və digər sahələrdə əməkdaşlıq yaxşı tarixə malikdir.
- Ronaldonu görəndə göz yaşlarını saxlaya bilmədi - Video
- Tramp Əraqçinin postunu paylaşdı - Foto
- Qəbələdəki güclü zəlzələ kameralara bu cür düşdü - Anbaan video
- İranda azərbaycanlı mollaların müəmmalı ölümləri...
- Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
- Yumurta boyda dolu yağdı - Video
- 33 il sonra Kəlbəcərin ilk məzunu - Foto
- Zeynəb Xanlarova həyat yoldaşından danışdı - Video