İctimai fəal Bəxtiyar Hacıyev tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilən Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılının bu işlə bağlı Ali Məhkəməyə təqdim kassasiya şikayəti qismən təmin edilib.
BUTA.TV Qaynarinfo.az-a istinadən xəbər verir ki, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə Ramin Hacılıya 147-ci maddə ( böhtan) üzrə bəraət verilib.
Xatırladaq ki, Bəxtiyar Hacıyev Füzuli Rayon Məhkəməsində xüsusi ittiham qaydasında şikayət təqdim edərək Ramin Hacılının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirləndirilərək həbs edilməsini istəyib.
Birinci instansiyanın qərarına əsasən, Ramin Hacılı 1500 manat cərimələnib. Hacılı apellyasiya şikayəti versə də, təmin olunmayıb. O, həmin qərardan kassasiya şikayəti verib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Ramin Hacılı 7 il 7 ay müddətə azadlıqdan məhrum edilib.
- İstanbulla İrəvan arasında müntəzəm uçuşlara başlanılır
- Bakcell Media Savadlılığı Konfransının innovasiya tərəfdaşıdır
- FHN “açıq qapı günü” tədbiri keçirdi - Video
- Naxçıvan üzərindən planlaşdırdığımız enerji dəhlizini...
- Cövdət Yılmaz Azərbaycana təşəkkür etdi
- Putinin möhtəşəm siyasəti: Moskva bu cür zəbt olunur - Video
- Bakıda mühüm iclas başladı
- Putin Azərbaycanı təbrik etdi