Rusiya Prezidenti Vladimir Putin vətəndaşlıq əldə etmək üçün tələblərin azaldılmasını, habelə Rusiya Silahlı Qüvvələrini nüfuzdan salmaq və milli təhlükəsizliyə təhlükə yaradan hərəkətlərə görə vətəndaşlıqdan məhrum edilməsini nəzərdə tutan “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” qanunu imzalayıb.
BUTA.TV xəbər verir ki, sənəd hüququ məlumatlar portalında dərc olunub.
Qanun Rusiya vətəndaşlığına qəbul edilməklə bağlı qoyulan 20-dən çox tələbin azaldılmasını, habelə Rusiya vətəndaşlığına sadələşdirilmiş qəbul hüququ olan şəxslərin kateqoriyasını müəyyən etmək üçün dövlət başçısının səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutur.
Qanuna əsasən, Rusiya Silahlı Qüvvələrində azı bir il müddətinə xidmət etmək üçün müqavilə bağlamış əcnəbilər, SSRİ vətəndaşı olmuş Böyük Vətən Müharibəsi veteranlarına vətəndaşlıq veriləcək.
Qanun 180 gün sonra qüvvəyə minəcək.
- Sabah hava necə olacaq?
- Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş
- Bakının 6 rayonunda avtomobil yolları təmir ediləcək
- Nə dilək tutmuşdu? - Tarixə düşən ad günü
- Başı stadionun dəmirləri arasında qaldı - Video
- “ABŞ-ni sevirik, amma ona tabe deyilik” - Saziş haqda danışdı
- Bəzi rayonlara intensiv yağış yağır
- Blogerin bacısı qəzada öldü - Foto