Mən bu il 3-cü dəfədir ki, qardaş Türkiyəyə səfər edirəm.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyədə keçirilən “Texnofest-2023” festivalında çıxış edən Prezident İlham Əliyev deyib.
O qeyd edib ki, fevral, mart aylarında Türkiyədə olub və hazırda da buradadır.
Prezident Əliyev Türkiyə lideri Ərdoğana müraciət edərək bildirib:
“Əziz qardaşım, sıra sizdə! Bütün Azərbaycan xalqı sizi gözləyir, sizi öpür-qucaqlayır, sizə öz sayğı-sevgisini çatdırır. Türkiyə-Azərbaycan birliyi əbədidir”.
Qeyd edək ki, Türkiyə və Azərbaycanda artıq uzun illərdir formalaşan ənənə mövcuddur. Belə ki, Azərbaycanda seçkidən qalib çıxan lider ilk səfərini Türkiyəyə, Türkiyədən qalib çıxan lider isə ilk səfərini Azərbaycana edir.
- Bacısını güllələyib öldürdü, cəzadan azad edildi
- Nazir Sabirabadda kombayn sürdü - Fotolar
- Trampdan İrana - Xəbərdarlıq
- Sabah hava necə olacaq?
- Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş
- Bakının 6 rayonunda avtomobil yolları təmir ediləcək
- Nə dilək tutmuşdu? - Tarixə düşən ad günü
- Başı stadionun dəmirləri arasında qaldı - Video