Çexiyanın paytaxtı Praqa küçələrindən ABŞ ordusunun təqribən 30-dək klassik avtomobili və motosiklindən ibarət kolonna keçib.
BUTA.TV xəbər verir ki, bu aksiya Avropada II Dünya müharibəsinin başa çatmasının növbəti ildönümünü qeyd etmək üçün təşkil olunub. Bu il “Azadlıq konvoyu” artıq 19-cu dəfə keçirilir. Təşkilatçılar bildiriblər ki, bu aksiya ilə onlar əsarətə, təqibə qarşı qəhrəmancasına mübarizə aparan çexləri, amerikalıları və digərlərini alqışlamağı qərara alıblar. Bununla da, onlar faşizmə qarşı mübarizədə həlak olanları yad ediblər.
Avtomobil yarışını zəngin hərbi-tarixi və mədəni proqram müşayiət edir. Bu proqrama sərgilər, konsertlər və memorial aksiyalar daxildir. Kolonna Çexiyanın digər şəhərlərində də hərəkəti davam etdirəcək.
- Bakıda restoranın dolabından beş min dollar oğurlandı
- Ağdam və Füzulidə 33 il sonra "Son zəng” çalındı - Foto
- Gəncədə faciə: kişi tut ağacından yıxılıb öldü
- Sabah hava necə olacaq?
- "Son zəng"də səsləndirilən mahnılar... - Nazirdən maraqlı reaksiya
- Su polisi qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxladı
- Qurtuluş Günü: Xətaidə konsert təşkil edildi - Video
- Polad Həşimov və Arəstə Baxışovanın övladları da məzun oldu - Foto