Tiflisdə Azərbaycan və Ermənistan jurnalistlərinin görüşü olub.
BUTA.TV xəbər verir ki, Tiflisdə təşkil olunan “Cənubi Qafqazda sülh və medianın rolu” adlı toplantı çərçivəsində reallaşan görüşdə Azərbaycanın Modern Media Qrupunun rəhbəri Elşad Eyvazlı, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva, news.az portalının redaktoru Adnan Hüseyin, Azərtac-ın Gürcüstan üzrə müxbiri Xətayi Əzizov, İrəvanın “Armninform” agentliyinin direktoru Emmanuel Mkrtçyan, bu agentliyin şef redaktoru Zaruhi Qukasyan, “Arqumentı i Faktı” qəzetinin əməkdaşı Miranda Oganezova iştirak ediblər.
Görüşdə 44 günlük müharibədən sonra regionda yaranmış vəziyyət, iki ölkə arasında davamlı sülhə nail olmaq və uzunmüddətli sülh müqaviləsinin imzalanması istiqamətində jurnalistlərin rolu və digər məsələlər müzakirə olunub.
Tərəflər iki ölkə arasında davamlı sülhə nail olunması üçün səylərin artırılmasının, jurnalistlərin daha intensiv görüşlərinin təşkilinin, birgə mədəni tədbirlərin keçirilməsinin, eləcə də dezinformasiyalara qarşı mübarizə tədbirlərinin görülməsinin vacibliyini qeyd ediblər.
- Bakıda restoranın dolabından beş min dollar oğurlandı
- Ağdam və Füzulidə 33 il sonra "Son zəng” çalındı - Foto
- Gəncədə faciə: kişi tut ağacından yıxılıb öldü
- Sabah hava necə olacaq?
- "Son zəng"də səsləndirilən mahnılar... - Nazirdən maraqlı reaksiya
- Su polisi qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxladı
- Qurtuluş Günü: Xətaidə konsert təşkil edildi - Video
- Polad Həşimov və Arəstə Baxışovanın övladları da məzun oldu - Foto