Ermənistanın xarici siyasətinin əsas məqsədi bütün qonşularla normal münasibətlərin qurulması olmalıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Çexiyanın “Respekt” nəşrinə müsahibəsində deyib.
“Çətin tariximizə görə biz bəzi qonşularımızla normal münasibətlər qura bilməmişik. Bu vəziyyəti dəyişmək bizim ölkə üçün həyati əhəmiyyət kəsb edir. Bu, asan görünə bilər, amma bunu reallaşdırmaq onlarla problemə bağlıdır: xeyli psixoloji və praktik problemlər var. Belə bir mesajı erməni cəmiyyəti asan həzm etmir”, - Paşinyan bildirib.
Paşinyan qeyd edib ki, bu yaxınlarda parlamentdə Ermənistanın qonşuları ilə diplomatik münasibətlərin qurulmasından danışıb:
“Müxalifətçi isə buna etirazla dedi ki, mən elə danışıram, sanki Ermənistanın qonşusu İsveçdir. Ona dedim ki, yaxşı olardı Skandinaviya və Avropanın tarixini öyrənək. Əgər biz elə düşünürüksə ki, Skandinaviya həmişə belə sülh içində olub, səhv edirik. Mənə dedilər ki, Skandinaviyada soyqırım olmayıb. Bəli, bizimlə Skandinaviya arasında çoxlu fərq var, ancaq bir şey aydındır ki, tarixi insanlar yazır”.
Paşinyan əlavə edib ki, Gürcüstan və İranla münasibətlər yaxşıdır və bu əlaqələr daha da inkişaf etdirilməlidir:
“Ermənistanın Azərbaycan və Türkiyə ilə təxminən heç bir əlaqəsi yoxdur. Bunu dəyişmək lazımdır”.
- Bu üç ölkənin ərazisində separatçı yuvalar var - Prezident
- Vaxtilə stadionda "Qarabağ Ermənistandır" deyənlər... - Əliyev
- Sandu İlham Əliyevi təbrik etdi
- İlham Əliyev Qırğızıstana səfər edəcək
- Zakir Həsənov Liviyaya başsağlığı verdi
- Təyyarə qəzası buna cavab ola bilər - Engin Özər
- Onlara pulsuz silahlar verirdilər, özü də milyardlarla dollarlıq...
- Bu, Ermənistanın məqsədyönlü siyasəti idi...