İsmayıllı rayonunda həyətyanı sahədə yanğının qəsdən törədildiyi məlum olub.
Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, İsmayıllı kəndində vətəndaşa məxsus həyətyanı sahədə yanğın baş verməsi və ətraf üçün təhlükənin yaranması barədə məlumat daxil olub.
FHN-in yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə və yaxınlıqdakı meşə zolağına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Anasının viza xərcini ödəyə bilməyən qapıçı 90 dəqiqədə 2 milyon izləyici topladı - Video
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub.
Belə ki, Xidmət tərəfindən həyata keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin Ədalət İnqilab oğlu İskəndərov tərəfindən törədildiyi müəyyən olunub və vətəndaş törətdiyi əməli etiraf edib.
Faktla bağlı toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.
- Nöqsana görə qovulan direktor şikayət etdi, rədd cavabı aldı
- Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi
- Bakıda daha bir marşrutda bütün avtobuslar yenilənir
- Azərbaycanda vəzifəli şəxs cərimələndi
- “Qarabağ”ın Avropa Liqasındakı rəqibi ikinci liqa klubudur - Yenilənib
- Bu reys dostluq və əməkdaşlığın növbəti rəmzi olacaq - Manizadə
- Xüsusi təyinatlılar bir araya gəldi - Qafqazda mühüm gün+Fotolar
- Məşhur bloger Anar Ələkbərova görün nə hədiyyə etdi - Video