Buna şübhə yoxdur ki, Sinan Oğan olduğu yerdə Azərbaycan sevgisi hər zaman olacaq.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin ATA İttifaqının prezidentliyə namizədi olmuş və seçkilərin birinci turunda 2.8 milyondan çox səs alaraq, “seçki sürprizi” kimi ortaya çıxan, 28 mayda keçiriləcək ikinci turda açar rol oynayacağı gözlənilən Sinan Oğan İctimai TV-yə müsahibəsində deyib.
CHP başqanı Kamal Kılıçdaroğlunun qalmaqallı layihəsinə münasibət bildirən S.Oğan qeyd edib:
“Bundan əmin olun ki, istər Ərdoğan, istərsə də Kılıçdaroğlunun Azərbaycanın yanında olmadığı vaxtlar mən Azərbaycanın yanında idim. İndi də hər zaman Azərbaycandan yana olacam”.
İTV müxbiri həm Sinan Oğana, həm də Rəcəb Tayyib Ərdoğana Azərbaycanda böyük sevgi olduğunu, Azərbaycanın Sinan Oğan və Rəcəb Tayyib Ərdoğanı bir-birinə müxalif görmədiyini qeyd edərək, “Bu ikili sevginin sizin siyasətinizə təsiri olacamı” deyə, ikinci turdakı seçimində bu faktın təsiri olub-olmayacağını öyrənməyə çalışıb.
“Sevginin gücü önəmlidir” deyən Sinan Oğan isə konkret cavab verməkdən yayınıb.
- Həbs edilən şəbəkə haqda şok iddia: Elə yüklər daşınıb ki...
- Prezidentin ad günündən ailə - Fotosu
- Məhz indi Bəylər Əyyubovun bu açıqlaması trend oldu - Video
- İlham Əliyevdən xəbərdarlıq: Ayıq olmalıyıq...
- AZAL təyyarəsində həlak olanların xatirəsinə plitə ucaldıldı
- Prezidentin ayaq saxladığı pilləkənlərdə nə yazılıb? - Video
- ABŞ Qəzzada bunu bizə təklif etdi - Hacıyev
- Mişa doğru deyir: Hamının arzuladığı hər şeyə nail olan!