Qələbə qazanacağı yönündə proqnozlara baxmayaraq, Türkiyə müxalifəti seçkilərdə rəqabət apara bilmədi.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Yaxın Şərq İnstitutunun rəhbəri Yevgeni Satanovski Türkiyədə 14 mayda keçirilən prezident və parlament seçkilərinin nəticələrini şərh edərkən deyib.
“Müxalifət bacardığını etdi. Ərdoğan da əlindən gələni etdi. İndi məlum olur ki, müxalifət Ərdoğanla arasındakı fərqi azalda bilməyəcək. Ərdoğan hələ parlament çoxluğunu da əldə etdi. Hətta əgər möcüzə nəticəsində müxalifət seçkidə qalib gəlsə belə, hökuməti formalaşdıra bilməyəcək. Belə olan halda insanlar niyə müxalifətə səs versin?” - ekspert əlavə edib.
Satanovski üçüncü namizəd – ATA İttifaqının lideri Sinan Oğanın Kılıçdaroğlunu dəstəkləyə biləcəyi ilə bağlı iddiaları da cəfəngiyyat adlandırıb:
“Yəni, bu mövzuda xəyal etməyin mənası yoxdur. Bu namizəd (Sinan Oğan – red.) müxalifətə nifrət edir, şəxsən Kılıçdaroğluya... Oğan Kılıçdaroğlu ilə elə münaqişə edib ki, müxalifətlə birləşməyə belə getmədi. Əgər Sinan Oğan onlara qoşulsaydı, müxalifət qalib gələrdi”.
- Həbs edilən şəbəkə haqda şok iddia: Elə yüklər daşınıb ki...
- Prezidentin ad günündən ailə - Fotosu
- Məhz indi Bəylər Əyyubovun bu açıqlaması trend oldu - Video
- İlham Əliyevdən xəbərdarlıq: Ayıq olmalıyıq...
- AZAL təyyarəsində həlak olanların xatirəsinə plitə ucaldıldı
- Prezidentin ayaq saxladığı pilləkənlərdə nə yazılıb? - Video
- ABŞ Qəzzada bunu bizə təklif etdi - Hacıyev
- Mişa doğru deyir: Hamının arzuladığı hər şeyə nail olan!