Ukraynanın əks-hücumlarının məhdud sayına baxmayaraq, rus qoşunları Baxmut bölgəsində təşəbbüsü itirirlər.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibəni Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Rusiya və Ukrayna rəsmiləri mayın 17-də Baxmut yaxınlığında Kiyevin məhdud əks-hücumlarının davam etdiyini etiraf ediblər. Xüsusilə, Ukrayna müdafiə qoşunlarının Baxmutun cinahlarında naməlum istiqamətlərdə irəlilədiyi bildirilib. Son sutka ərzində müdafiəçilər Baxmut istiqamətində 500 metrə qədər irəliləyib. Eyni zamanda, onlar rusların mövqelərinə hücumları davam etdirirlər”, - məlumatda deyilir.
Rusiya rəsmiləri də qeyd ediblər ki, onların hava-desant qoşunları da az irəliləyiş əldə edib:
“Lakin Boqdanovka (Baxmutdan 5 km şimal-qərb) və İvanovskoye (Baxmutdan 6 km qərb) yaxınlığındakı Baxmut cinahlarına Ukraynanın əks-hücumları davam edir. “Vqaner”in rəhbəri Yevgeni Priqojin isə Rusiya Müdafiə Nazirliyinin irəliləməsi iddiasını rədd edərək, onları geri çəkilməkdə və yeni mövqe itirməkdə tənqid edib”.
- Həbs edilən şəbəkə haqda şok iddia: Elə yüklər daşınıb ki...
- Prezidentin ad günündən ailə - Fotosu
- Məhz indi Bəylər Əyyubovun bu açıqlaması trend oldu - Video
- İlham Əliyevdən xəbərdarlıq: Ayıq olmalıyıq...
- AZAL təyyarəsində həlak olanların xatirəsinə plitə ucaldıldı
- Prezidentin ayaq saxladığı pilləkənlərdə nə yazılıb? - Video
- ABŞ Qəzzada bunu bizə təklif etdi - Hacıyev
- Mişa doğru deyir: Hamının arzuladığı hər şeyə nail olan!