Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla universitetin qonağı olan Venesuela parlamentinin nümayəndə heyəti ilə görüşüb.
BUTA.TV xəbər verir ki, nümayəndə heyətini rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu bildirən rektor universitetin geniş beynəlxalq əlaqələrindən danışıb, tədris olunan dillər haqqında məlumat verib. Qeyd olunub ki, ADU-da 20-dən artıq ölkənin dil və mədəniyyət mərkəzi fəaliyyət göstərir. Görüşdə iki ölkə arasında təhsil və elm istiqamətində olan əməkdaşlığa diqqət çəkilib, bu istiqamətdə gələcəkdə addımların atılmasının vacibliyi vurğulanıb.
Venesuela parlamentinin İnzibati və xidmətlər daimi komissiyasının sədri Pedro Karreno səmimi qarşılanmaya görə təşəkkürünü bildirib. Təhsil sahəsinin ölkəsi üçün fundamental sahə olduğunu diqqətə çatdıran Pedro Karreno Azərbaycan Dillər Universiteti ilə Venesuelanın aparıcı universitetlərinin əməkdaşlıqla bağlı saziş imzalamasının müzakirə edildiyini bildirib. Qeyd olunub ki, məhz bu əməkdaşlıq nəticəsində tələbə mübadiləsi, Azərbaycan dilinin tədrisi, ədəbiyyat və mədəniyyət sahəsində qarşılıqlı tərcümə işlərinin aparılması mümkün olacaq.
Venesuelanın Azərbaycandakı səfiri Kristofer Alberto Martinez Berroteran, parlamentin iqtisadiyyat, maliyyə və milli inkişaf üzrə daimi komissiyasının sədri Jesus Foria müxtəlif sahələr üzrə əməkdaşlığın perspektivlərindən danışıblar.
“Qarabağ”ın Avropa Liqasındakı rəqibi ikinci liqa klubudur - Yenilənib
Sonda nümayəndə heyətinin üzvləri ADU-nun tələbələri ilə görüşüb, onların suallarını cavablandırıblar.
- Azərbaycan əsgərinin bu görüntüsü trend oldu - Video
- Tanınmış vəkilin qızı motosiklet qəzasında həlak oldu
- Bəzi ərazilərdə qaz olmayacaq
- Azərbaycanda bu, ilk dəfə yaradılacaq
- Fransadan növbəti qol - Video-Yenilənir
- Nazir açıqladı: Minimal əkin sahəsi 5 hektar olmalıdır!
- Nöqsana görə qovulan direktor şikayət etdi, rədd cavabı aldı
- Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra ağlatdı