Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi üzrə məhkəmə iclası keçirilib.
BUTA.TV xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rəşad Dağlının qardaşı Ağamalı Əmirov dindirilib.
O bildirib ki, Rəşad Dağlının meneceri kimi fəaliyyət göstərib:
"Mərhum İsgəndəri meyxanaçı Ələkbər Yasamallının qohumu kimi tanıyırdım. Şəxsi tanışlığım yox idi. Bir neçə dəfə İsgəndər mənə zəng vurdu ki, Rəşadla vacib görüşməlidir. Mən Rəşada dedim, o da söylədi ki, fikir vermə. Daha sonra onun telefonlarına cavab vermədim. Hadisədən iki gün əvvəl İsgəndər yenə zəng vurdu, açmadım. Mesaj yazdı ki, təcili Rəşadla görüşməliyəm, sonra gec olacaq. Mən də bu barədə Rəşada məlumat verdim. Sonra İsgəndər mənim nömrəmi bloka atdı".
“Qarabağ”ın Avropa Liqasındakı rəqibi ikinci liqa klubudur - Yenilənib
Şahid söyləyib ki, hadisə günü gecə saat 04-də Rəşad ona zəng edib: "Məni küçəyə çağırdı, evdən gödəkçəsini gətirməyimi dedi. Evə çıxıb gödəkçəni gətirəndə Rəşad getmişdi. Nə qədər zəng vurdum, telefonu açmadı. Hardasa bir saat sonra Rəşad zəng vurub məni çağırdı. Gəldim ki, Rəşad şok vəziyyətdədir. Bildirdi ki, İsgəndəri öldürdüm, məni polisə təslim et. Soruşdum ki niyə öldürdün, dedi heç nə bilmirəm, bir də baxdım ki İsgəndər qab içindədir".
Proses iyunun 9-da davam etdiriləcək.
- Azərbaycan əsgərinin bu görüntüsü trend oldu - Video
- Tanınmış vəkilin qızı motosiklet qəzasında həlak oldu
- Bəzi ərazilərdə qaz olmayacaq
- Azərbaycanda bu, ilk dəfə yaradılacaq
- Fransızlar önə keçdi - Video-Yenilənir
- Nazir açıqladı: Minimal əkin sahəsi 5 hektar olmalıdır!
- Nöqsana görə qovulan direktor şikayət etdi, rədd cavabı aldı
- Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra ağlatdı