Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
BUTA.TV xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Nizami rayonu 214 saylı tam orta məktəbində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Qax rayonu Arif Abbasov adına Turaclı kənd tam orta məktəbində və Şota Rustaveli adına Əlibəyli kənd tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Ağcabədi rayon Hindarx qəsəbə 2 nömrəli tam orta məktəbində, Şimal Regional Mərkəzi tərəfindən Quba rayon Susay kənd tam orta məktəbində, Aran Regional Mərkəzi tərəfindən Ağdaş Dövlət Humanitar Kollecində, Muğan Regional Mərkəzi tərəfindən Sabirabad rayon Şəhriyar kənd tam orta məktəbində və Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Regional Miqrasiya İdarəsində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
“Qarabağ”ın Avropa Liqasındakı rəqibi ikinci liqa klubudur - Yenilənib
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.
- Evdən işləmək: Azadlıq, yoxsa tələ?
- Azərbaycan əsgərinin bu görüntüsü trend oldu - Video
- Avtobusda qadınlara əxlaqsız hərəkətlər edən şəxs - Həbs olundu+Video
- Tanınmış vəkilin qızı motosiklet qəzasında həlak oldu - Foto+Yenilənib
- Bəzi ərazilərdə qaz olmayacaq
- Azərbaycanda bu, ilk dəfə yaradılacaq
- Fransa DÇ-yə qələbə ilə başladı - Video-Yenilənib
- Nazir açıqladı: Minimal əkin sahəsi 5 hektar olmalıdır!